Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki
idman

Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki

24-09-2026 14:00 18 Baxış
IMG

UEFA Millətlər Liqasındakı ilk görüşündə Türkiyə millisi ilə qarşılaşacaq Fransa yığması əsas oyunçularından birini itirib.

 

Tvit.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

 

Məlumata görə, "Real Madrid"in futbolçusu İbrahima Konate aldığı zədə səbəbindən Fransa yığmasının heyətindən kənarlaşdırılıb. 27 yaşlı mərkəz müdafiəçisinin məşq zamanı dizindən zədə aldığı üçün MRT müayinəsindən keçdiyi və sağ dizində yüngül burxulma aşkarlandığı qeyd olunub. Konateni əvəz etmək üçün U-21 millisindən Leni Yoro əsas yığmaya dəvət edilib.

 

Qeyd edək ki, Türkiyə - Fransa oyunu sabah Kocaelidə baş tutacaq. Qarşılaşma Bakı vaxt saat 22:45-də start götürəcək.