Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
siyasət

Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

23-09-2026 22:00 17 Baxış
IMG

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilson ilə görüşüb.

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər uzunmüddətli regional təhlükəsizlik, sülh və sabitliyin təşviqi istiqamətində ABŞ Konqresi ilə institusional əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycanın regionda mühüm rolu da qeyd olunub.