Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi tibbi reaktivlər, ləvazimatlar, zərdab və dezinfeksiyaedici maddələrin satın alınması üzrə tender keçirib.
Tvit.az xəbər verir ki, satınalma üzrə qalib “Arash Medical Company” QSC olub. Müqavilənin məbləği 140 959,77 manat təşkil edib.
Bundan əlavə, Daxili Qoşunlar tibbi avadanlıqlara texniki xidmətin satın alınması üzrə də tender keçirib. Bu satınalmanın qalibi də “Arash Medical Company” QSC olub və müqavilənin məbləği 29 039,80 manat təşkil edib.
Hər iki satınalma açıq tender metodu ilə həyata keçirilib.
Aysel Şirinova