Türkiyənin Şanlıurfa vilayətində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Tvit.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbərinə görə, təkanlar yerli vaxtla saat 10:40-da yerin 10 kilometr dərinliyində baş verib.
Zəlzələnin episentri Hilvan rayonundan 17 kilometr cənub-qərbdə, Şanlıurfa şəhərindən isə 37 kilometr şimal-şimal-qərbdə yerləşib. Zəlzələ ətraf yaşayış məntəqələrində də hiss olunub.
Aysel Şirinova