Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski BMT-də: Rusiya ilin əvvəlindən 249 minə yaxın hərbçisini itirib
dünya

Zelenski BMT-də: Rusiya ilin əvvəlindən 249 minə yaxın hərbçisini itirib

23-09-2026 22:00 12 Baxış
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı bildirib ki, yanvar-avqust aylarında Rusiya ordusu Ukraynada döyüşlərdə 248 964 hərbçisini itirib.

 

Tvit.az xəbər verir ki bu barədə xarici KİV məlumat yayıb.

 

 Zelenskinin sözlərinə görə, bu müddət ərzində Rusiya Ukrayna ərazisinin 1 000 kvadrat kilometrdən bir qədər çox hissəsini ələ keçirib. O qeyd edib ki, ələ keçirilən hər kvadrat kilometr əraziyə təxminən 248 rusiyalı hərbçinin itkisi düşüb.

Ukrayna Prezidenti həmçinin bildirib ki, Rusiyanın hər bir itkisini təsdiqləyən video sübutlar Kiyevdə mövcuddur. 

Onun sözlərinə görə, Rusiya diplomatiyanı rədd edir və bu səbəbdən qış gələnədək Ukraynaya güc və diplomatiya lazımdır.