Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İtaliya təxminən 40 ildən sonra nüvə enerjisinə qayıdır
dünya

İtaliya təxminən 40 ildən sonra nüvə enerjisinə qayıdır

23-09-2026 23:00 13 Baxış
IMG

İtaliya parlamenti ölkənin nüvə enerjisi istehsalına qayıtması üçün hüquqi baza yaradan qanunu yekun olaraq təsdiqləyib. Müvafiq qanun layihəsi əvvəlcə Deputatlar Palatası, daha sonra isə Senat tərəfindən qəbul edilib.

 

Tvit.az-ın xəbərinə görə, qanun hökumətə atom elektrik stansiyalarının tikintisi və istismarı, təhlükəsizlik, istifadə olunmuş nüvə yanacağının idarə olunması və icazələrin verilməsi ilə bağlı qaydalar hazırlamaq səlahiyyəti verir. İcraedici normativ aktların ilin sonunadək qəbul edilməsi planlaşdırılır.

Baş nazir Meloni qərarı “cəsarətli və məntiqli” adlandırıb. O bildirib ki, nüvə enerjisinə qayıdış İtaliyanın xarici təchizatçılardan asılılığını azaltmağa, aşağı emissiyalı sabit enerji mənbəyini təmin etməyə və xüsusilə məlumat mərkəzləri və süni intellekt texnologiyalarının artan tələbatına cavab verməyə imkan verəcək.

İtaliya 1987-ci ildə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ardından keçirilən referendumdan sonra nüvə enerjisindən imtina edib.