Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya 50-dən çox ölkə Rusiyanı dərhal atəşkəsə razılaşmağa çağırıb
dünya

50-dən çox ölkə Rusiyanı dərhal atəşkəsə razılaşmağa çağırıb

23-09-2026 23:00 9 Baxış
IMG

BMT-nin 50-dən çox üzv ölkəsi Rusiyanı tam atəşkəsə razılaşmağa və sülh üçün məzmunlu danışıqlara başlamağa çağırıb.

 

Birgə bəyanatı BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kallas və Ukraynanın xarici işlər naziri Sibiqa təqdim ediblər.

Sənədi imzalayan ölkələr, həmçinin beynəlxalq humanitar hüquqa əməl etməyə, mülki əhalinin müdafiəsini təmin etməyə, Ukraynanın saxlanılan və deportasiya edilən vətəndaşlarını, o cümlədən uşaqları, eləcə də hərbi əsirləri geri qaytarmağa çağırıblar.

Bəyanata imza atan ölkələr Qara dənizdə gəmiçiliyin azadlığının təmin edilməsinə yönəlmiş səylərə dəstək ifadə edib və Ukraynanın taxıl ixracı ilə bağlı razılaşmaların əldə olunmasının vacibliyini vurğulayıblar.

Sənəddə qeyd olunur ki, Ukrayna hələ 2025-ci ilin martında tam atəşkəsə razılıq verib.