Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahu: İsrail İrana var gücü ilə zərbələr endirməyə davam edəcək
dünya

Netanyahu: İsrail İrana var gücü ilə zərbələr endirməyə davam edəcək

26-03-2026 17:00 20 Baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana var gücü ilə zərbələr endirməyə davam etdiyini bildirib.

 

Tvit.a "The Times of Israel"ə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

 

"Biz İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik", - Netanyahu qeyd edib.

 

Onun sözlərinə görə, İsrail hərbçilərinin həyata keçirdiyi son əməliyyatlar zamanı, Hörmüz boğazının bağlanması üzrə hərəkətlərin təşkilində günahlandırdığı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri öldürülüb.