Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Benzin qiymətlərində problem var, tədbirlər hazırlanır - ABŞ-ın vitse-prezidenti
dünya

Benzin qiymətlərində problem var, tədbirlər hazırlanır - ABŞ-ın vitse-prezidenti

18-03-2026 21:00 17 Baxış
IMG

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkədə benzin qiymətlərinin artması ilə bağlı vəziyyətin narahatedici olduğunu etiraf edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, Miçiqan ştatında yerləşən istehsal müəssisəsində çıxışı zamanı bildirib ki, qiymət artımı artıq vətəndaşlara təsir göstərir:

 

"Benzin qiymətləri artıb. Biz bunun fərqindəyik və insanların bundan əziyyət çəkdiyini bilirik". 

 

Vens vəziyyətin ciddiliyini vurğulayaraq əlavə edib:

 

"Problemimiz var və bunu qəbul edirik. Hazırda növbəti 24-48 saat ərzində açıqlanacaq bir sıra addımlar üzərində işləyirik".

 

Bununla belə, vitse-prezident məsələ ilə bağlı detallara varmayıb və ABŞ Prezidenti Donald Trampdan əvvəl açıqlama vermək istəmədiyini qeyd edib.

 

Aysel Şirinova