Bağdad şəhərində yerləşən ABŞ səfirliyi İran tərəfindən raket və dron hücumuna məruz qalıb.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, hücum ən azı 5 PUA ilə həyata keçirilib və bu, ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından bəri ən şiddətli hücum hesab olunur.
Məlumata görə, səfirliyin müdafiəsi üçün istifadə olunan C-RAM hava hücumundan müdafiə sistemi dronlardan ikisini zərərsizləşdirib. Digər bir dron isə səfirlik ərazisinə düşərək yanğın və tüstüyə səbəb olub.
Elmin Alışov