Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp səhvini anlayanadək müharibə davam edəcək - Abbas Əraqçı
dünya

Tramp səhvini anlayanadək müharibə davam edəcək - Abbas Əraqçı

16-03-2026 09:00 24 Baxış
IMG

 ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı təcavüzkarlığının səhvini anlayana qədər İran mübarizəsini davam etdirəcək.

 

Tvit.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Əraqçı deyib.

 

 

O, X-də yazıb: "Qüdrətli ordumuz ABŞ prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və heç vaxt təkrarlanmamalı olduğunu başa düşənə qədər döyüşməyə davam edəcək. Qurbanlara da kompensasiya ödənilməlidir".

 

 

Əraqçi daha əvvəl Amerikanın CBS televiziya şirkətinə verdiyi müsahibədə Tehranın Vaşinqtonla danışıqlara başlamaq üçün heç bir tutarlı səbəb görmədiyini bildirib.

 

Aysel Şirinova