Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Danışıqlar aparılmayacaq - İran
dünya

Danışıqlar aparılmayacaq - İran

02-03-2026 09:00 22 Baxış
IMG

İran ABŞ ilə danışıqlar aparmayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani sosial media platforması X- də bildirib.

 

"Biz Amerika ilə danışıqlar aparmayacağıq", - deyə o vurğulayıb.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq obyektləri, aerodromlar, dron buraxılış məntəqələri və hava hücumundan müdafiə sistemləri olub. 

 

Qeyd edək ki, İranın Ali dini lideri Əli Xamneyni və Müdafiə naziri Əziz Nəsirzadə öldürülüb.

 

Aysel Şirinova