Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fransa Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqladı
dünya

Fransa Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqladı

24-09-2026 17:00 18 Baxış
IMG

 Fransa atəşkəs elan edildikdən sonra Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Europe 1" mediası məlumat yayıb.

 

Medianın məlumatına əsasən,  Fransa qoşunları cəbhə xəttindən uzaqda, strateji yerlərdə yerləşdiriləcək. Onların missiyası "hər şeydən əvvəl Ukrayna ordusunu təlimləndirmək, təchiz etmək və dirçəltməkdir".

 

Bildirilib ki, digər ölkələr də Fransanın nümunəsini izləyə bilər, lakin onların nə qədər əsgər göndərməyə hazır olduqları hələ də məlum deyil.

 

Aysel Şirinova