Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranda ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidinə qadağa təklif olunur
dünya

İranda ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidinə qadağa təklif olunur

06-08-2026 22:00 19 Просмотров
IMG

İran parlamentinin komitəsi ABŞ, İsrail və digər "düşmən" ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.

 

Tvit.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, parlament komitəsi ABŞ, İsrail və digər "düşmən" ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan etməyi nəzərdə tutan ilkin qanun layihəsini nəzərdən keçirir.

 

Layihəyə əsasən, təklif olunan məhdudiyyətləri pozan gəmilərə yükün dəyərinin 20 faizinədək məbləğində cərimə tətbiq oluna bilər.

 

Məlumata görə, qanun layihəsi hazırda ekspertiza mərhələsindədir. Parlament sənəd yekunlaşdırılmazdan əvvəl rəy və təkliflərin hazırlanması üçün mütəxəssislərin iştirakı ilə müzakirələr aparır.

 

Aysel Şirinova