Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Apple Vision Pro əməliyyatların müddətini 19% azalda bilər
ДРУГОЕ

Apple Vision Pro əməliyyatların müddətini 19% azalda bilər

06-08-2026 22:00 19 Просмотров
IMG

Apple-ın qarışıq reallıq eynəyi Vision Pro ilə aparılan yeni araşdırma cihazın cərrahi əməliyyatların daha sürətli icrasına kömək edə biləcəyini göstərib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 32 endoskopik göz yaşı kanalı əməliyyatını əhatə edən tədqiqatda cərrahların bir hissəsi ənənəvi monitorlardan, digər hissəsi isə Apple Vision Pro-dan istifadə edib. Nəticələrə əsasən, Vision Pro ilə əməliyyatların orta müddəti 34,4 dəqiqə, ənənəvi monitorlarla isə 42,7 dəqiqə olub. Bu, əməliyyat vaxtının təxminən 19% azalması deməkdir.

 

Araşdırma zamanı hər iki qrupda bütün əməliyyatlar ağırlaşma olmadan uğurla başa çatıb. Tədqiqatda iştirak edən cərrahlar Vision Pro-nun həm fiziki, həm də zehni yükü azaltdığını bildiriblər.

 

Tədqiqatçılar qeyd edirlər ki, Vision Pro ənənəvi monitor sistemləri ilə müqayisədə daha kompakt və daha sərfəlidir. Bununla yanaşı, nəticələrin təsdiqlənməsi üçün daha geniş klinik araşdırmalara ehtiyac olduğu vurğulanır.

 

Aysel Şirinova