İran parlamentinin komitəsi ABŞ, İsrail və digər "düşmən" ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
Tvit.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, parlament komitəsi ABŞ, İsrail və digər "düşmən" ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan etməyi nəzərdə tutan ilkin qanun layihəsini nəzərdən keçirir.
Layihəyə əsasən, təklif olunan məhdudiyyətləri pozan gəmilərə yükün dəyərinin 20 faizinədək məbləğində cərimə tətbiq oluna bilər.
Məlumata görə, qanun layihəsi hazırda ekspertiza mərhələsindədir. Parlament sənəd yekunlaşdırılmazdan əvvəl rəy və təkliflərin hazırlanması üçün mütəxəssislərin iştirakı ilə müzakirələr aparır.
Aysel Şirinova