Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
turizm

Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı

06-08-2026 16:00 19 Просмотров
IMG

Mingəçevir şəhərində kanaldan meyit tapılıb.

 

Tvit.az-ın məlumatına görə, hadisə Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində baş verib.

 

Suda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin dalğıc və xilasediciləri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Araşdırmalarla meyitin Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğluna məxsus olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.