Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
"“Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir", - deyə məlumatda bildirilir.