Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Dubaydakı otelləri "qara siyahı"ya saldı
dünya

Rusiya Dubaydakı otelləri "qara siyahı"ya saldı

11-03-2026 16:00 15 Baxış
IMG

Dubayda 15-dən çox otel rus turistlərinin çıxarılması və qiymətlərin kəskin artması ilə bağlı "qara siyahı"ya daxil edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze jurnalistlərə bildirib.

 

"Söhbət 15-dən çox oteldən gedir. Biz öz borcumuz hesab etdik ki, tənzimləyici qurumu — İqtisadi İnkişaf Nazirliyini məlumatlandıraq ki, filan-filan otellər turistləri çıxarmağa, yaxud yerləşdirmə üçün üç-dörd qat daha çox pul tələb etməyə özlərinə rəva görüblər. Daha sonra tənzimləyici qurum artıq dövlətlərarası qarşılıqlı əlaqə səviyyəsində otellərin özlərini bu cür apardığı barədə məlumat verib. Həmin otellərə qarşı hansı tədbirlərin görüləcəyini biz bilmirik", — deyə o bildirib.

 

Aysel Şirinova