Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ) İranın aktivlərini dondurmağı nəzərdən keçirir.
Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
“Birləşmiş Ərəb Əmirlikləri Körfəz dövlətində saxlanılan milyardlarla dollarlıq İran aktivlərini dondurmağı nəzərdən keçirir”,- deyə nəşr yazır.
Nəşrin məlumatına görə, bu addım Tehranın ən vacib iqtisadi arteriyalarından birini kəsə və qlobal ticarət şəbəkələrinə çıxışını məhdudlaşdıra bilər.
Elmin Alışov