Avropa İttifaqı (Aİ) Qırğızıstanın bank sektorunu sanksiya təhlükəsindən çıxarmaq və maliyyə risklərini minimuma endirmək üçün rəsmi Bişkekə xüsusi təkliflər paketi göndərib.
Tvit.az xəbər verir ki, bu barədə məlumat Qırğızıstanın vitse-prezidenti Amanqeldiyev və Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi Devid O’Sallivan arasında keçirilən görüşdən sonra açıqlayıb.
O bildirib ki, sanksiya rejiminin qorunması təkcə idxalçı ölkənin deyil, həm də Avropalı ixracatçıların məsuliyyətidir. Onun sözlərinə görə, xarici iqtisadi zəncirin bütün iştirakçıları öz nəzarət mexanizmlərini "vicdanla" yerinə yetirməlidirlər.
Aysel Şirinova