Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ vətəndaşların İrana münasibəti birmənalı deyil - SORĞU
dünya

ABŞ vətəndaşların İrana münasibəti birmənalı deyil - SORĞU

26-02-2026 16:00 19 Baxış
IMG

ABŞ vətəndaşlarının təxminən 61%-i İranı rəqib hesab edir, hər 10 amerikalıdan 6-sı isə İslam Respublikasını "düşmən dövlət" adlandırır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi "Pearson Institute/AP-NORC" tərəfindən keçirilmiş sorğunun nəticələrinə istinadən məlumat yayıb.

 

Belə ki, təxminən hər 10 nəfərdən 3-ü ölkələrin "dost olmayan, lakin düşmən də sayılmayan" statusda olduğunu düşünür. Yalnız hər onuncu şəxs İranı "dost ölkə" və ya "yaxın müttəfiq" kimi qəbul edir.

 

Sorğu göstərir ki, bütövlükdə Amerika cəmiyyətinin İrana münasibəti mənfi olaraq qalır, xüsusən yaşlı nəsil arasında bu cür qiymətləndirmələr daha kəskin şəkildə özünü büruzə verir.

 

Aysel Şirinova