Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ-nin Gürcüstandakı hərbi bazasında atışma OLDU
dünya

ABŞ-nin Gürcüstandakı hərbi bazasında atışma OLDU

06-08-2025 21:00 19 Просмотров
IMG

Amerikanın Gürcüstandakı "Fort Stüart" hərbi bazasında atışma olub, zərərçəkənlər var.

Tvit.az xəbər verir ki, bu barədə "ABC News" telekanalının yaydığı məlumatda bildirilir.

"Fort Stüart atışma hadisəsinə görə təcrid vəziyyətindədir. Hüquq-mühafizə orqanları hadisə yerindədir. Həlak olanlar barədə məlumat verilsə də, vəziyyət sabit olaraq qalır", - deyə bazanın məlumatında bildirilir.

Medianın məlumatına görə, 5 əsgər yaralanıb, onların xəsarətlərinin mahiyyəti hələ ki, müəyyən edilməyib. Onların hamısı hərbi hospitala aparılıb.

Qeyd olunur ki, atəş açan şəxs saxlanılıb.

Aysel Şirinova