Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ Senatı Rusiya və İrana qarşı daha sərt sanksiyaları təsdiqlədi
dünya

ABŞ Senatı Rusiya və İrana qarşı daha sərt sanksiyaları təsdiqlədi

07-08-2026 21:00 18 Просмотров
IMG

ABŞ Senatı mərhum Lindsi Qremin Rusiyaya qarşı “sərt sanksiyalar” nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, sənədin lehinə 60 səs tələb olunduğu halda, 86 senator səs verib, 11 senator isə əleyhinə çıxıb. Bundan sonra layihəyə hazırda sentyabr ayına qədər tətildə olan Nümayəndələr Palatasında baxılacaq.

 

Sənəd Rusiya rəsmilərinə, banklara, şirkətlərə və “kölgə donanması”na daxil olan gəmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Həmçinin ABŞ prezidentinə Rusiyadan əhəmiyyətli həcmdə neft və qaz alan və ya enerji sanksiyalarından yayınmağa kömək edən ölkələrə gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir.