Amerikanın Gürcüstandakı "Fort Stüart" hərbi bazasında atışma olub, zərərçəkənlər var.
Tvit.az xəbər verir ki, bu barədə "ABC News" telekanalının yaydığı məlumatda bildirilir.
"Fort Stüart atışma hadisəsinə görə təcrid vəziyyətindədir. Hüquq-mühafizə orqanları hadisə yerindədir. Həlak olanlar barədə məlumat verilsə də, vəziyyət sabit olaraq qalır", - deyə bazanın məlumatında bildirilir.
Medianın məlumatına görə, 5 əsgər yaralanıb, onların xəsarətlərinin mahiyyəti hələ ki, müəyyən edilməyib. Onların hamısı hərbi hospitala aparılıb.
Qeyd olunur ki, atəş açan şəxs saxlanılıb.
Aysel Şirinova