Bu gün Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko arasında görüş baş tutub.
Tvit.az xəbər verir ki, bu barədə “İsna” məlumat yayıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında parlament əməkdaşlığı və regional məsələlər müzakirə olunub.
Tərəflər parlament diplomatiyasının möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Elmin Alışov