Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Cenevrədə İran və Rusiya parlament rəhbərləri görüşüb
dünya

Cenevrədə İran və Rusiya parlament rəhbərləri görüşüb

30-07-2025 17:00 51 Baxış
IMG

Bu gün Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko arasında görüş baş tutub.


Tvit.az xəbər verir ki, bu barədə “İsna” məlumat yayıb.


Məlumata görə, görüş zamanı iki ölkə arasında parlament əməkdaşlığı və regional məsələlər müzakirə olunub. 


Tərəflər parlament diplomatiyasının möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. 


Elmin Alışov