Ermənistan Özbəkistana yeni səfir təyin edib.
Tvit.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Belə ki, Georgi Koçaryan Ermənistanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 2019-cu ildən bu vəzifəni icra edən Aram Qriqoryanı əvəz edib.
Daha əvvəl Koçaryan Ermənistan Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq idarəsinin rəisi vəzifəsində çalışıb.
Aysel Şirinova