Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ermənistan Özbəkistana yeni səfir təyin etdi
dünya

Ermənistan Özbəkistana yeni səfir təyin etdi

30-01-2026 21:00 18 Baxış
IMG

Ermənistan Özbəkistana yeni səfir təyin edib.

 

Tvit.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

 

Belə ki, Georgi Koçaryan Ermənistanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 2019-cu ildən bu vəzifəni icra edən Aram Qriqoryanı əvəz edib.

 

Daha əvvəl Koçaryan Ermənistan Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Aysel Şirinova