Kiyev Vaşinqtonla 20 maddədən ibarət sülh planını imzalayacaq, ABŞ isə ayrıca olaraq Rusiya tərəfi ilə sənəd imzalayacaq.
Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Bu, ABŞ və Ukrayna arasında imzalanacaq ikitərəfli sənəddir. Rusiya ilə isə ABŞ sənəd imzalamalıdır. Hazırda məhz belə bir mexanizm müzakirə olunur, lakin danışıqlar hələ davam edir, bu bir prosesdir”, - deyə o, müsahibəsində qeyd edib.
Qeyd edək ki, media ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız Kiyevin ərazi güzəştlərini nəzərdə tutan sülh sazişinə razılıq verməsi şərti ilə təqdim edəcəyini də açıqlayıb.
Aysel Şirinova