Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna və ABŞ 20 maddəlik sülh planı imzalaycaq - XİN
dünya

Ukrayna və ABŞ 20 maddəlik sülh planı imzalaycaq - XİN

27-01-2026 22:00 20 Views
IMG

Kiyev Vaşinqtonla 20 maddədən ibarət sülh planını imzalayacaq, ABŞ isə ayrıca olaraq Rusiya tərəfi ilə sənəd imzalayacaq.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Bu, ABŞ və Ukrayna arasında imzalanacaq ikitərəfli sənəddir. Rusiya ilə isə ABŞ sənəd imzalamalıdır. Hazırda məhz belə bir mexanizm müzakirə olunur, lakin danışıqlar hələ davam edir, bu bir prosesdir”, - deyə o,  müsahibəsində qeyd edib.

Qeyd edək ki, media ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız Kiyevin ərazi güzəştlərini nəzərdə tutan sülh sazişinə razılıq verməsi şərti ilə təqdim edəcəyini də açıqlayıb.

 

Aysel Şirinova