Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ İrana sanksiya tətbiq EDƏ BİLƏR
dünya

ABŞ İrana sanksiya tətbiq EDƏ BİLƏR

13-01-2026 13:00 18 Просмотров
IMG

ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas fiqurlarına qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.

Tvit.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

 “ABŞ prezidenti Donald Trampın masasına həm İrana qarşı genişmiqyaslı hərbi zərbələr, həm də konkret iranlı liderlərə və ya polis infrastrukturuna yönəlmiş daha dəqiq hücum variantları çıxarılması ehtimalı var”, - deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faizlik gömrük rüsumları tətbiq edib. Bu addım İslam Respublikasında baş verən etiraz dalğasından sonra atılıb. İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti ABŞ və İsrailin üzərinə qoyub. Ağ Evin rəhbəri Tehrana qarşı güc tətbiqini də istisna etmədiyini bildirib.

Aysel Şirinova