Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Maia Sandu xəyanətkardır" - Müxalifətdən prezidentə ittiham
dünya

"Maia Sandu xəyanətkardır" - Müxalifətdən prezidentə ittiham

13-01-2026 12:00 14 Просмотров
IMG

 Moldova Prezidenti Maia Sandu, referendum olarsa, respublikanın Rumıniya ilə birləşməsini dəstəkləməyə hazır olduğunu bəyan edərkən, əslində əsas məqsədinin həmişə Moldova dövlətçiliyinin ləğvi olduğunu etiraf etdi.

 

Tvit.az xəbər verir ki, bu barədə Moldova müxalifət lideri İlan Şor danışıb.

 

Müxalifət ölkənin prezidentini Marina Tauber Sandu-nu xəyanətdə ittiham edib. 

 

"Sandu açıq şəkildə, hətta qürurla Moldova dövlətçiliyini məhv etməyə hazır olduğunu bildirdi. O, respublikamızı ləğv etmək ideyasını açıq şəkildə irəli sürdü. Bu xəyanətdir! İndi isə eyni tərəfdaşlar Sandu-nu yalnız separatizmə görə deyil, həm də ən ağır cinayətə görə ittiham etməlidirlər," - Tauber bildirib.

 

Aysel Şirinova