Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranda etirazçılara atəş əmri verən SEPAH zabiti öldürüldü
dünya

İranda etirazçılara atəş əmri verən SEPAH zabiti öldürüldü

12-01-2026 14:00 36 Просмотров
IMG

İranda daha bir SEPAH zabiti Məhdi Rəhimi etirazçılar tərəfindən güllələnərək qətlə yetirilib.


Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.


Məlumatlara görə, hadisə yanvarın 3-də Məlikşahi şəhərində baş verib. Rəhimi həmin gün SEPAH qüvvələrinə etirazçılara atəş açmaq əmri verməkdə ittiham olunurdu. Yerli mənbələr və şahidlərin bildirdiyinə görə, bu əmrin nəticəsində azı 9 nəfər həyatını itirib.


Hadisədən sağ çıxan bəzi nümayişçilərin sonradan Rəhiminin yaşayış ünvanını müəyyənləşdirdiyi və ona qarşı “ev ziyarəti” adlandırılan qisas hücumu təşkil etdiyi bildirilir. Hücum nəticəsində zabit hadisə yerində ölüb.


Elmin Alışov