Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya səfirliyinə etiraz edib.
Tvit.az xəbər verir ki, bu barədə diplomatik qurum X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata əsasən, etiraz notası Rusiya səfirliyinə avqustun 20-nə keçən gecə baş verən PUA-nın Osiny kəndində qəzaya uğraması və partlaması ilə bağlı göndərilib.
"Biz bunu qəsdən təxribat, hibrid müharibənin bir hissəsi və Polşa Respublikasına qarşı növbəti düşmənçilik aktı hesab edirik", - Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Aysel Şirinova