Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşa XİN Rusiya səfirliyinə nota göndərdi
dünya

Polşa XİN Rusiya səfirliyinə nota göndərdi

21-08-2025 19:00 35 Views
IMG

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya səfirliyinə etiraz edib.

Tvit.az xəbər verir ki,  bu barədə diplomatik qurum X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, etiraz notası Rusiya səfirliyinə avqustun 20-nə keçən gecə baş verən PUA-nın Osiny kəndində qəzaya uğraması və partlaması ilə bağlı göndərilib.

"Biz bunu qəsdən təxribat, hibrid müharibənin bir hissəsi və Polşa Respublikasına qarşı növbəti düşmənçilik aktı hesab edirik", - Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Aysel Şirinova