Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Gürcüstan XİN rəhbəri: Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqaz üçün vacibdir
siyasət

Gürcüstan XİN rəhbəri: Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqaz üçün vacibdir

24-09-2026 21:00 22 Views
IMG

Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir.

 Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq. M. Boçorişvili qeyd edib ki, Cənubi Qafqazda sabitliyin güclənməsi bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.