Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Google Gemini üç şirkətin sisteminə avtonom şəkildə sızıb
OTHER

Google Gemini üç şirkətin sisteminə avtonom şəkildə sızıb

21-09-2026 23:00 12 Views
IMG

Google-ın süni intellekt modeli Gemini-nin kibertəhlükəsizlik testləri zamanı üç fərqli şirkətin qorunan sistemlərinə avtonom şəkildə giriş əldə etdiyi bildirilib.

 

Tvit.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, hadisə kibertəhlükəsizlik şirkəti Irregular tərəfindən aparılan testlər zamanı baş verib. Gemini öz qərarları əsasında sistemlərə müdaxilə edib.

 

Məlumata görə, müdaxilələrin birində model düzgün parolu tapana qədər müxtəlif variantları sınaqdan keçirib. Digər iki halda isə açıq məlumat depolarında saxlanılan giriş məlumatlarını müəyyən edərək sistemlərə daxil olub.

 

Irregular hadisə barədə iyulun sonunda Google-a məlumat verib. Google isə bildirib ki, Gemini real şirkətin sisteminə daxil olduğunu müəyyən etdikdən sonra əməliyyatı dayandırıb və bu səbəbdən məsələni əvvəlcədən açıqlamayıb.

 

Aysel Şirinova