Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər
turizm

İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər

24-09-2026 12:00 14 Views
IMG

İrandan Azərbaycana 111 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.