Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Nərimanov polisindən ƏMƏLİYYAT: Həbs edilənlər var
turizm

Nərimanov polisindən ƏMƏLİYYAT: Həbs edilənlər var

23-09-2026 16:00 18 Views
IMG

Nərimanov rayonunda 31 kiloqram narkotik vasitə aşkarlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

 

Tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.