Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hörmüz boğazından keçən yük gəmilərinin sayı kəskin azaldı
dünya

Hörmüz boğazından keçən yük gəmilərinin sayı kəskin azaldı

21-09-2026 17:00 21 Views
IMG

Həftəsonu Hörmüz boğazından cəmi 12 yük gəmisi keçib. Bu göstərici əvvəlki həftəsonunda qeydə alınan 35 gəmidən xeyli aşağıdır. 


Tvit.az xəbər verir ki, bununla bağlı, “Kpler” platforması məlumat verib. 


Boğazda görünən gəmi hərəkətinin kəskin azalmasına baxmayaraq, Yaxın Şərqdəki neft istehsalçılarının transponderlərini söndürərək hərəkət edən tankerlərlə neft ixracını davam etdirdiyi bildirilib.


Kpler məlumatlarına görə, bazar günü izlənilə bilən dörd gəmi boğazdan çıxıb. Onlardan ikisi emal olunmuş neft məhsulları daşıyan tanker olub. Eyni zamanda, iki kiçik neft tankeri Ərəb körfəzinə daxil olub.


Elmin Alışov