Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda mopedlə avtoxuliqanlıq edən sürücü həbs edilib
turizm

Bakıda mopedlə avtoxuliqanlıq edən sürücü həbs edilib

14-08-2026 13:00 16 Views
IMG

Paytaxt ərazisində avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.


Qeyd olunub ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.