Louis Vuitton və ABŞ-ın bərpa şirkəti Singer iki xüsusi Porsche 911 modelini təqdim edib. 964 nəsil hava ilə soyudulan 911 əsasında hazırlanan avtomobillər Classic Coupe və Classic Turbo Cabriolet versiyalarında nümayiş olunub.
Tvit.az xəbər verir ki, Classic Coupe karbon lifli kuzovu, Louis Vuitton-un zəfəran və tünd mavi rəngləri ilə seçilir. Turbo Cabriolet isə açıq kuzovu və fərqli dizayn detalları ilə diqqət çəkir.
Texniki baxımdan da modellər yüksək performans vəd edir. Classic versiyada 4,0 litrlik atmosfer mühərriki, Turbo Cabriolet-də isə 3,8 litrlik iki turbomühərrikli mühərrik quraşdırılıb. Hər iki avtomobil arxa ötürücü və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilib.
Aysel Şirinova