Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub
sport

"Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub

13-08-2026 12:00 13 Views
IMG

İngiltərə Futbol Assosiasiyası (FA) "Everton"un hücumçusu Martin Şerifi bukmeker qaydalarını pozmaqda ittiham edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək futbol matçlarına 61 mərc edib.

 

İngiltərədə peşəkar futbolçulara hər hansı futbol matçına mərc etmək qadağandır. M.Şerif avqustun 17-dək qurumun ittihamlarına cavab verməlidir.


Qeyd edək ki, "Everton"un yetirməsi olan futbolçu əsas komandada hələ rəsmi matça çıxmayıb. Ötən mövsüm icarə əsasında İngiltərənin "Roterhem" və "Port Veyl" klublarında çıxış etmiş hücumçunun "Everton"la daha 1 illik müqaviləsi qüvvədədir.