Fransanın şərqindəki Burguan-Jallieu şəhərində kolleksiya kartları satan bir mağazaya edilən basqın zamanı təxminən 80000 avro dəyərində pokemon kartları oğurlanıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, maskalı 4 şəxs əsas qapını sındıraraq mağazadan yüzlərlə kart oğurlayıb və sonra siqnalizasiya işə düşəndə maşınla qaçıblar.
Oğurlanan əşyaların demək olar ki, hamısının yapon franşizası pokemon ilə əlaqəli olduğu bildirilir.
Elmin Alışov