Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hindistan İranla müharibəyə qoşulmayacaq, amma laqeyd də qala bilməz – Şaşi Tarur
dünya

Hindistan İranla müharibəyə qoşulmayacaq, amma laqeyd də qala bilməz – Şaşi Tarur

06-03-2026 22:00 38 Views
IMG

Hindistan Yaxın Şərqdə davam edən münaqişəyə hərbi şəkildə qoşulmaq niyyətində deyil, lakin baş verən hadisələr ölkə və onun vətəndaşları üçün artıq ciddi nəticələr yaradır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bunu Hindistan parlamentinin üzvü Şaşi Tarur India Today TV-yə müsahibəsində bildirib.

 

ABŞ və İsrailin İranla müharibəsinin yeddinci gününə daxil olduğu bir vaxtda Tarur qeyd edib ki, Hindistanın əsas prioriteti münaqişənin mümkün qədər tez dayandırılması üçün atəşkəsə nail olmaq olmalıdır.

 

Onun sözlərinə görə, Hindistanın münaqişəyə birbaşa hərbi müdaxilə ehtimalı azdır. Lakin regionda baş verən gərginlik artıq xüsusilə Körfəz ölkələrində yaşayan və işləyən Hindistan vətəndaşlarına təsir göstərir.

 

Tarur vurğulayıb ki, bu səbəbdən Hindistan vəziyyətə tam laqeyd qala bilməz və diplomatik səylərlə münaqişənin dayandırılmasına çalışmalıdır.

 

Aysel Şirinova