Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya SEPAH-ın bu ölkədəki fəaliyyətinə son qoyula bilər
dünya

SEPAH-ın bu ölkədəki fəaliyyətinə son qoyula bilər

27-02-2026 12:00 16 Views
IMG

Almaniyada SEPAH-ın fəaliyyətinin qadağan edilməsi müzakirə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Belə ki, Almaniyada parlament qrupu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  fəaliyyətinin qadağan edilməsi ilə bağlı təşəbbüsü müzakirə edilib. Bəyanatda SEPAH-ın nümayişlərin amansızlıqla yatırılmasında, insan hüquqlarının sistematik şəkildə pozulmasında və siyasi rəqiblərin təqib edilməsində iştirak etdiyi qeyd olunur.

 

Sənəddə həmçinin təşkilatın ölkədəki fəaliyyətinə tam qadağa qoyulması, o cümlədən giriş qadağaları və maliyyə sanksiyalarının tətbiqi tələb olunur.

 

Aysel Şirinova, 

Tvit.az