Suriyada PKK/SDG-yə mənsub terrorçular atəşkəs razılaşmasını pozaraq Əbu Haşab bölgəsində nəqliyyat vasitələrini hədəf alıblar.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Suriya ordusunun açıqlamasında deyilir:
“PKK/SDG terror ünsürü daxilindəki bəzi terrorçu qruplar və rejim qalıqları qüvvələrimizi hədəfə almaqla razılaşmanın icrasını sabotaj etməyə çalışırlar".
Cəzirə bölgəsində yerləşən qüvvələrə qarşı həyata keçirilən iki hücum nəticəsində 3 şəhid olduğu bildirilib.
Aysel Şirinova

