Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Nəriman Axundzadənin yeni müqaviləsinin detalları
sport

Nəriman Axundzadənin yeni müqaviləsinin detalları

06-08-2026 12:00 17 Views
IMG

Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin Türkiyənin "Erzurumspor" klubu ilə bağladığı müqavilənin detalları bəlli olub.

 

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Erzurumspor" klubu 22 yaşlı hücumçunu gələcəkdə tam olaraq öz heyətinə qatmaq hüququna sahibdir.

 

Belə ki, Ərzurum təmsilçisi gənc futbolçunu ABŞ-nin "Kolambus Kryu" komandasından birmövsümlük icarə əsasında heyətinə cəlb edib. Tərəflər arasında imzalanan sənəddəki xüsusi bəndə görə, Türkiyə klubu gələn ilin yayında tələb edilən təzminat məbləğini ödəyərək hücumçunun tamhüquqlu sahibi ola bilər.

 

Xatırladaq ki, "Kolambus Kryu" Axundzadəni bu ilin əvvəllərində "Qarabağ"dan 2.5 milyon avro müqabilində transfer etmişdi. Hazırda isə futbolçumuzun transfer bazarındakı dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.