Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
sosial

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

07-08-2026 08:00 20 Views
IMG

Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

 

Tvit.az-ın məlumatına görə, Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir sıra məntəqələrdə saat 14:00-dan 16:00-dək fasilə olacaq.

 

Görülən işlər yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.